Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 14:45
Türkiyənin bir müğənnisi bura gəlir, bilinmir ki, kişidir yoxsa arvaddır. Hava limanında elə bəh-bəhlə qarşılayırlar. Amma Azərbaycanın bayrağını xarici ölkələrdə dalğalandıran idmançılarımız ölkəyə qələbə ilə dönəndə onları hava limanında qarşılayan tapılmır.
Sonxeber.net xəbər verir ki, bu odlu-alovlu açıqlamanı Tarix Əliyev (Tolik) aparcısı olduğu verilişdə edib.
Aparıcı xalqımızın bəzi nümayəndələrini özümüzə dəyər verməməkdə ittiham edib:
"İdmançılarımızı qarşılamağa canınız çıxır. Amma arvaddır, kişidir, bilmirəm nədir, o gəlir. Yığırlar məcburən buradan, "get". Nə var-nə var ki, o, kiminsə "padruqa"sıdır. Ayıbdır vallah, ayıbdır".
Məhəmməd Vaqif