Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıqabul sakinindən silah götürülüb - FOTO

Hacıqabul sakinindən silah götürülüb - FOTO

Tarix: 7 Fevral 2020 19:00

Hacıqabul sakinindən silah götürülüb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, rayon sakini İlqar Səttarov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd "İJ" markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Hacıqabul sakinindən silah götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ