Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan kompüterlərin yoluxdurulması üçün istifadə edilir

Koronavirusdan kompüterlərin yoluxdurulması üçün istifadə edilir

Tarix: 8 Fevral 2020 07:12

"IBM X-Force" şirkətinin təhlükəsizlik üzrə ekspertləri hakerlərin koronavirus infeksiyaları əleyhinə profilaktik tədbirlər haqqında ətraflı məlumatlar təqdim edən qoşma fayllar vasitəsilə viruslar yaymağa başlamasını açıqlayıblar. Onların ilk qurbanı Yaponiyanın Qifu, Osaka və Tottori şəhərlərinin istifadəçiləri olub. Lakin hakerlərin fəaliyyətinin genişlənəcəyi gözlənilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bəzən troyan və digər virusların olduğu qoşma fayllar "Microsoft Word" sənədləri, "PDF" faylları və "MP4" videoları adı altında gizlənir. Onların adlarında ölümcül virusdan qorunma barədə təlimatların olması göstərilir. Ekspertlərin sözlərinə görə, aşkarlanan hücumların əksər hissəsi "Emotet" zərərli proqram ailəsinə aiddir. Kompüterə çıxış əldə edən cinayətkarlar hesab məlumatları, brauzer tarixçəsi və məxfi sənədləri toplaya, eləcə də qurğuların normal işini poza bilərlər. Məlumata görə, bu üsulla minlərlə kompüter yoluxdurulub.

"Hazırda əsas xəbər kimi geniş müzakirə olunan koronavirus artıq kibercinayətkarlar tərəfindən "tələ" kimi istifadə edilib. İndiyədək yalnız 10 unikal fayl aşkarlanıb, lakin belə hallarda hakerlər tərəfindən populyar KİV xəbərlərinin adından istifadə edildiyi üçün bu tendensiyanın inkişafı gözlənilir", - "Kaspersky laboratoriyası" antivirus şirkətinin analitiki Anton İvanov qeyd edib.


Etiketlər:  Koronavirusdan kompüterlərin yoluxdurulması üçün istifadə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ