Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xbox Live”də aşkarlanmış boşluqlara görə mükafat verilcək

“Xbox Live”də aşkarlanmış boşluqlara görə mükafat verilcək

Tarix: 8 Fevral 2020 21:16

"Facebook", "Valve" və bir sıra başqa şirkətlər daxil olmaqla onlayn xidmətlərin yaradıcıları uzun müddətdir ki hakerləri aşkar edilmiş boşluqlardan istifadəyə deyil, mükafat müqabilində onlar haqqında məlumat verməyə səsləyirlər. "Microsoft" da belə mükafatlandırma proqramı işə salıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkət əvvəllər məlum olmayan boşluq haqqında kifayət qədər ətraflı məlumat verən hər bir şəxsə 500-dən 20000 dollaradək mükafat ödəyəcək. Mükafatın məbləği boşluğun kateqoriyası, təhlükənin səviyyəsi və hesabatın dəqiq tərtib edilməsindən asılıdır. Xidmətin kodunu uzaq məsafədən dəyişdirməyə nail olmuş və bunu ətraflı təsvir edən şəxslər ən böyük mükafat alacaqlar.

Mükafatlandırma proqramında istənilən şəxs iştirak edə bilər. Şirkətin əməkdaşları, həmçinin boşluq haqqında hesabatın yaradılması üzrə təlimat və nümunələr tərtib ediblər. Əgər ərizə səhv doldurulsa və ya təsvir ətraflı olmasa, korporasiya mükafatı ödəməkdən imtina edə bilər.


Etiketlər:  Xbox Livedə aşkarlanmış boşluqlara görə mükafat verilcək


RƏYLƏR