Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 11:51
Fevralın 9-u saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, dairə seçki komissiyasının 4 saylı məntəqəsinin sədri Simuzər Zeynalova bildirib ki, məntəqə üzrə 1483 seçici qeydə alınıb. Onlardan 7 nəfəri seçki hüququndan ilk dəfə istifadə edəcək gənclərdir.
"Soyuq hava şəraitinə baxmayaraq, 15 saylı Yasamal I seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçici fəallığı yüksəkdir. Məntəqə üzrə yaşı 80-ni ötmüş 24 seçici var. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyirlər. Məntəqədə veb-kamera quraşdırılıb. Seçki normal qaydada gedir, indiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb", - deyə o bildirib.