Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arsen Vengerə klub prezidenti olmaq təklif edilib

Arsen Vengerə klub prezidenti olmaq təklif edilib

Tarix: 9 Fevral 2020 17:40

"Arsenal"ın əfsanəvi baş məşqçisi Arsen Venger sürpriz təklif alıb.

Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, təcrübəli mütəxəssis "Renn" klubunda çalışa bilər.

22 illik "Arsenal" karyerasının ardından FIFA-da futbol inkişafı üzrə direktor vəzifəsində fəaliyyət göstərən 70 yaşlı Vengerə "Renn" klubunun prezidenti olmaq təklif edilib. Liqa1 təmsilçisi prezident Olivye Leqantın istefasından sonra Vengerin bu posta namizədliyini irəli sürüb. Klubun sahibi olan Pino ailəsinin ən böyük arzusu məhz Vengeri prezident vəzifəsinə gətirməkdir.

Qeyd edək ki, "Renn" Fransa çempionatında 24 turdan sonra 41 xalla 3-cü pillədə qərarlaşır.


Etiketlər:  Arsen Vengerə klub prezidenti olmaq təklif edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ