Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 21:12
Pakistan nümayəndə heyəti Azərbaycan Parlament seçkilərində keçirdiyi müşahidəni nəticələrini açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Pakistan parlamentinin sabiq spiker müavini Murtuza Cahid Abbasi Bakıda özlərini ikinci evlərindəki kimi hiss etdiklərini deyib və seçki prosesindən razı qaldıqlarını bildirib: "Seçki prosesinin təşkilindən və MSK-nın fəaliyyətindən olduqca məmnun qaldıq".
İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Akram isə Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirildiyini müşahidə etdiyini vurğulayıb: "7 fevralda Gəncəni ziyarət etdik. 13 və 20 saylı seçki məntəqələrində olduq. Nümayəndələrilə görüşdük.
8 fevralda isə Naxçivanda olduq 12 və 3 saylı seçki məntəqələrini ziyarət etdik. Azərbaycan regionda bitərəf namizədlərin qatıldığı seçki prosesinə ev sahibliyi etdi. 5 milyon 300 min nəfərin seçkiyə qatıldığından xəbərdarıq".