Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 21:33
Dəniz məhsulları əsas amin turşularının hamısını təqdim edən mükəmməl bir protein qaynağıdır.Dəniz məhsullarında olan protein asan həzm olunur,bunun üçün də hər yaşda olan üçün mükəmməl bir qidadır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Harvard Universiteti mütəxəssislərinin balığın sağlamlığa təsirləri haqqında apardıqları tədqiqatlar balığın insan bədəninə faydalarını ortaya çıxardı. Son 20 ildə bu mövzuda aparılan tədqiqatları bir nəticəyə gətirən mütəxəssislər balığın faydaları ilə yanaşı zərərinin də çox az olduğu qənaətinə gəliblər. Araşdırmalar balıq yeməyinin ürək xəstəliklərində ölüm riskini 36% azaltdığını ortaya qoyur. Yağlı balığın tərkibində daha çox omeqa 3 olması səbəbi ilə daha faydalı olduğu tədqiqatlardan çıxan bir başqa nəticədir. Mütəxəssislər sağlam bir həyat üçün həftədə 2 dəfə balıq yeyilməsini məsləhət görür.
Dəniz məhsulları çox yaxşı B vitamini qaynağıdır.Sağlam inkişaf və böyümə üçün lazım olan kalsium, magnezium, potansium,fosfor,kükürd, florin, selenium,yod kimi əsas maddələr onun tərkibində var. Bir çox dəniz məhsullarındakı xolesterin səviyyəsi yüksək deyildir.Balıqdakı xolesterin miqdarı ümumilikdə aşağı olsa da qabıqlı dəniz heyvanlarında bu miqdar yüksələ bilər.Lakin xolesterin səviyyəsi yüksək olan qidalarda belə bu miqdar yumurtadakından aşağıdı.
Dəniz məhsullarında çox az miqdarda yağ olur Bu məhsullarda doymuş yağ miqdarı digərləri ilə müqayisədə çox azdır. Yeməklərinizdə qırmızı ət yerinə balığa yer verməklə ümumi yağ və doymuş yağ qəbulunuzu xeyli azalda bilərsiz.
Balığın insan bədəninə faydaları
-Balıq zülal, D vitamini və mikroelementlər baxımdan mükəmməl qida qaynağıdır.
-Tərkibindəki fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyüməyi və toxumaların yaxşılaşmasını təmin edir.
-Sağlam diş və diş ətinə faydalıdır.
-Dəri rəngini gözəlləşdirir.
-Saçların daha dayanıqlı olmasını təmin edir.
-Bakterial infeksiyalarda müqaviməti artırır.
-Qandakı xolesterolu nizamlayaraq ürək tutmalarının qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.
-Oynaq sağlamlığına faydalıdır.
-Şəkər xəstəliyinin müalicəsində istifadə edilir.
-Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir.
-Yanıq müalicəsində faydası var.
-Miqren xəstələrində faydası təsdiqlənmişdir.
-Qlaukoma (göz içində təzyiqin artması səbəbilə meydana gələn korluq) müalicəsində faydası var.