Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oskar''ın qalibləri müəyyənləşir - FOTO

''Oskar''ın qalibləri müəyyənləşir - FOTO

Tarix: 10 Fevral 2020 08:20

Los-Ancelesin "Dolbi" teatrında Amerika Kino Sənəti Akademiyasının "Oskar" mükafatının 92-ci təqdimetmə mərasimi keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbir nüfuzlu mükafata namizədlərin, eləcə də qonaqların qırmızı xalı gedişindən başlayıb.

Laureatlar qızıl heykəlcikləri Kianu Rivz, Penelopa Krus, Siqurni Uiver, Dayan Kiton, Ceyms Korden, Şaya Labaf, Stiv Martin, Corc Makkey, Maya Rudolf, Zak Qottzaqen və Beni Feldşteynin əllərindən alacaq.

Namizədlər ümumilikdə 23 nominasiya üzrə mübarizə aparacaqlar. 

Ən yaxşı ikinci plan aktyoru - Bred Pitt ("Bir dəfə... Hollivudda")

Ən yaxşı cizgi filmi - "Oyuncaqların hekayəsi 4"

Ən yaxşı orijinal ssenari - "Parazitlər" filmi, Pon Cun-xo

Ən yaxşı qısametrajlı animasiya filmi - "Saç sevgisi"

Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Dovşan Coco", Tayka Vaytiti

Ən yaxşı dizayn işi - "Bir dəfə... Hollivudda", Barbara Linq və Nensi Hey

Ən yaxşı rejissor - Bon Cun Xo ("Parazitlər")

Ən yaxşı kostyum dizaynı - "Kiçik qadınlar", Jaklin Durran

Ən yaxşı sənədli film - "American Factory"

Ən yaxşı qısametrajlı sənədli film - "Learning to Skateboard in a Warzone"

Ən yaxşı ikinci plan aktrisası - Lora Dern ("Evlilik hekayəsi")

Ən yaxşı səs montajı - "Ford Ferrariyə qarşı", Donald Silvestr

Ən yaxşı səs kombinasiyası - "1917", Mark Teylor və Stüart Uilson

Ən yaxşı film - "1917", rejissor Rodcer Dikkins

Ən yaxşı film montajı - "Ford Ferrariyə qarşı", Maykl MakKuser, Endrü Baklend

Ən yaxşı operator işi - "1917", Rodcer Dikins

Ən yaxşı quruluşçu rəssam işi - "Bir dəfə... Hollivudda", Barbara Linq, Nensi Hey

Ən yaxşı vizual effektlər - "1917", Qiyom Roşrom, Qreq Batler və Dominik Tui

Ən yaxşı qrim və saç düzümü - "Qalmaqal", Kadzu Hiro, Enn Morqan və Vivian Beyker

Ən yaxşı xarici film nominasiyası - "Parazitlər", rejissor Bon Cun Xo

Ən yaxşı qısametrajlı film - "The Neighbors' Window", Marşall Karri

Milli.Az


Etiketlər:  Oskarın qalibləri müəyyənləşir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ