Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kriştianu Ronaldunun rekordu qırılıb

Kriştianu Ronaldunun rekordu qırılıb

Tarix: 10 Fevral 2020 09:56

İspaniya La Liqasının XXIII turu "Real"ın tarixinə yeni rekordçunun düşməsi ilə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Osasuna" üzərində 4:1 hesablı səfər qələbəsinə məhsuldar ötürmə ilə töhfə verən Kərim Benzema Madrid təmsilçisinin heyətində 132-ci assistini rəsmiləşdirib.

2009-cu ildə "Lion"dan transfer olunan fransalı bu göstəricidə klub tarixinin rekordunu yeniləyib. O, Kriştianu Ronaldunu (131) arxada qoyub.

Bu qələbə Zinəddin Zidanın La Liqada "Real"la 88-ci uğuru olub. 2016-18-ci illərdə çalışdığı komandaya ötən ilin əvvəlində qayıdan mütəxəssis bu göstəricidə portuqaliyalı Joze Mourinyonu (87) keçib.

Qələbədə qolla pay sahibi olan Serxio Ramos isə "Real"ın heyətində 90-cı qolunu vurub. 2004-cü ildə "Sevilya"da oynadığı vaxt qol hesabını açan müdafiəçi son 17 təqvim ilində qol sevinci yaşayan yeganə futbolçudur.

Milli.Az


Etiketlər:  Kriştianu Ronaldunun rekordu qırılıb


RƏYLƏR