Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 11:30
Azərbaycanda növbədənkənar parlament seçkiləri demokratik mühitdə keçdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyasının üzvü, bolqarıstanlı deputat Petar Kanev bildirib
"Mən artıq Azərbaycanda 3-cü dəfədir ki, seçkilərdə iştirak edirəm. Hava çox soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. 40-a yaxın yerdə müşahidə apardım, seçkilərin şəffaf keçirilməsini müşahidə etdim. Azad və demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
QDİƏT PM-in müşahidə missiyasının üzvü, gürcüstanlı deputat Ramaz Nijolaişvili isə qeyd edib ki, dünən çox mürəkkəb gün idi:
"Düşünürəm ki, arzu etdiyimiz kimi demokratik seçkiləri görə bildik. Azərbaycan region üçün çox ölkədir".
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.
Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.
Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.