Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tahir Rzayev: ATƏT nümayəndələri həmişə ölkəmizə təzyiq göstərmək üçün seçkiləri müşahidə etməyə gəlirlər

Tahir Rzayev: ATƏT nümayəndələri həmişə ölkəmizə təzyiq göstərmək üçün seçkiləri müşahidə etməyə gəlirlər

Tarix: 10 Fevral 2020 17:39

ATƏT nümayəndələri Azərbaycanda keçirilən seçkilərə həmişə ölkəmizə təsir, təzyiq göstərmək üçün gəlirlər. Onlar seçki prosesini izləyirlər, buradan yüksək fikirlə ayrılırlar, amma sonradan bəyanatlarında mənfi fikir söyləyirlər.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) və AŞPA-nın uzunmüddətli müşahidə missiyasının fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı açıqladığı rəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ATƏT DHTİB və AŞPA-nın Azərbaycanda keçirilən seçki prosesləri ilə bağlı artıq neçənci dəfədir ki, mənfi rəy söyləyirlər: "ATƏT nümayəndələri Azərbaycandakı seçkilərlə bağlı həmişə mənfi fikirdə olublar. Onlar rəhbərlərinin sözü ilə fikirlərini dəyişirlər. Onların əməli ilə sözləri uyğun gəlmir".

T.Rzayev əlavə edib ki, ATƏT-in nümayəndələri Ağcabədidə bir necə məntəqədə müşahidə aparıblar və seçkinin gedişi ilə bağlı gəldikləri qənaət də müsbət olub:

"Onlar buradan çox yüksək rəylə, razılıqla ayrıldılar. ATƏT nümayəndələri qeyd etdilər ki, biz belə seçkiləri çox az görmüşük, seçkilər yüksək səviyyədə keçirilir, hər yerdə şəffaflıqdır, seçici fəallığı çox yüksəkdir. Hətta 10 saylı məntəqədə müxalifət nümayəndələri səslərin düzgün sayılmayacağını, əlavə bülletenlərin əlavə ediləcəyini iddia edirdi. Orada məntəqə sədri şərait yaratdı, ATƏT nümayəndələrinin iştirakı ilə bülletenlər bir-bir sayıldı. Ondan sonra ATƏT nümayəndələri dedilər ki, biz buradan çox razı gedirik".

Millət vəkilinin sözlərinə görə, bu təşkilatın Azərbaycana baxışı düzgün deyil və aydın olur ki, bu missiya seçki missiyasından daha çox hansısa başqa məqsədlərə xidmət edən, seçkilərlə əlaqəsi olmayan nəticə ortaya qoyur:

"Bu kimi təşkilatların Azərbaycana təzyiq edərək öz istədiklərini almaq niyyəti görünür. Biz bunun əvvəl də nəticələrini görmüşük və Azərbaycan bundan sonra da öz ənənəvi xəttini davam etdirəcək. Bu təzyiqlərin arxasında Azərbaycanın strateji inkişaf xəttinin qarşısını almaq niyyətləri dayanır, lakin onlar bu istəklərinə nail ola bilməyəcəklər".

Seçki ilə bağlı exit-poll keçirən təşkilatların da öz nəticələrini açıqladığını deyən T.Rzayev seçki prosesinə müdaxilələrin olmadığını, ölkəmizdə seçkilərin beynəlxalq tələblərə uyğun keçirildiyini, bunun beynəlxalq müşahidəçilər tərəfindən də qeyd edildiyini açıqlayıb.


Etiketlər:  Tahir Rzayev ATƏT nümayəndələri həmişə ölkəmizə təzyiq göstərmək üçün seçkiləri müşahidə etməyə gəlirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ