Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messi olmasa, "Liverpul" favoritdir" - Mourinyo

Tarix: 20 Aprel 2019 14:00

“Real”ın sabiq baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcək “Barselona” və “Liverpul”un şanslarını dəyərləndirib.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Marca”ya açıqllamasında “Barselona”nın mərhələ keçməsinin kapitan Lionel Messidən asılı olduğunu bildirib:

“Əgər Messi olmasa,  “Liverpul” favoritdir.  Ancaq Messi meydanda olsa...  Messi Messidir.  Onu meydanda qəfəsdə saxlamaq mümkün deyil.

Messi topu alıb, fərdi oynasa, bitdiniz. Buna görə də heç vaxt Messiyə qarşı fərdi oynamaq taksikasını sevməmişəm”.

Qeyd edək ki, “Barselona” “Liverpu”u mayın 1-də qəbul edəcək. Cavab matçı isə mayın 7-də İngiltərədə olacaq.
 


Etiketlər:  Messi olmasa Liverpul favoritdir Mourinyo


RƏYLƏR