Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 09:00
Vermont ştatından senator Berni Sanders ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən demokratların seçkilərində liderdir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı 86 faiz seçici büllütenlərini yoxladıqdan sonra bildirib.
NBC hazırda 26.1 faiz səs toplayan Sandersin liderliyi əlindən buraxçmayacağinı hesab edir. Onun birnci rəqibi isə Saut-Bend (İndiana ştatı) şəhərinin eks-meri Pit Buttecacdır (24.3 faiz).
Seçicilərin 19,9 faizinin dəstəyi ilə üçüncü yeri Minnesotadan olan senator Emi Klobuşar, dördüncü yeri (9,4%) Massaçusets senatoru Elizabet Uoren tutur. Bir neçə ay Demokratik seçki yarışının lideri sayılan ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, 8,4% səslə beşinci yerdədir
Nyu-Hempşir praymerizi (ilkin seçkilər), ABŞ-ın hazırkı seçki dövrünün birinci mərhələsidir ki, burada Respublikaçı və Demokratik Partiyaların qarşıdakı milli qurultaylarında partiyadan prezidentliyə namizəd üçün bu və ya digər namizədi dəstəkləyəcək nümayəndələr seçirlir.
Xatırladaq ki, ABŞ-da noyabrın 3-də prezident seçkiləri keçiriləcək.