Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana gələn əcnəbilərin sayı 18 faiz artıb

Azərbaycana gələn əcnəbilərin sayı 18 faiz artıb

Tarix: 12 Fevral 2020 12:42

2020-ci ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18.1% artaraq 226 min nəfərə çatıb.

Sonxeber.net xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ən böyük artım ən çox səyahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5% artaraq 68 min, Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6% artaraq 64 min olub.

Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8% və 12,1% artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321.5% və ya 5 min artım) və Küveytdən (73.7% və ya 1.7 min artım) gələnlərin sayında müşahidə olunub.

İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26.5% artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43% və 18.4% artaraq hər biri 8 minə çatıb.

Əvvəlki aylarda olduğu kimi Cənubi Asiya region üzrə Hindistan (5 min; artım 80,2%) və Pakistandan (3 min; artım 15.6%) gələn səyahətçilərin sayı üstünlük təşkil edir.

Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18.5% artım) səyahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8% artım müşahidə olunub.


Etiketlər:  Azərbaycana gələn əcnəbilərin sayı faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ