Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 14:48
2019-cu ildə Azərbaycanda 141 179 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.
Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.
Ötən il ölkədə 55916 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.