Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 08:24
"Yuventus" yeni sponsorluq müqaviləsi imzalayıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Turin təmsilçisi "Allianz" şirkəti ilə əməkdaşlığı uzadıb.
Anlaşmaya əsasən adıçəkilən şirkət 2030-cu ilin yayına qədər "qoca sinyora"nın əsas sponsoru olacaq. İlk müqaviləsində klubun stadionunun ad hüququna yiyələnən "Allianz"ın loqotipi bundan sonra komandanın formasında da görünəcək. Yeni müqavilə "Yuve"yə 103,1 milyon avro qazandıracaq.
A seriyası təmsilçisi İtaliya kubokunun yarımfinal mərhələsində "Milan"la sabah keçiriləcək matça yeni formalarla çıxacaq.