Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oksana filmini ölən rəqqasa həsr etdiyini deyib kövrəldi - FOTO

Oksana filmini ölən rəqqasa həsr etdiyini deyib kövrəldi - FOTO

Tarix: 13 Fevral 2020 12:40

Ötən gün Nizami Kino Mərkəzində Oksana Rəsulovanın baş prodüserliyini etdiyi "Sevgi romanı" filminin təqdimatı keçirilib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, gecəyə məşhur və sənət nümayəndələri qatılıb.

"İnanıram ki, filmin danışılan tərəfləri çox olacaq. Bizə insanların reaksiyası lazımdır. Əsas odur ki, cəmiyyətə faydalı notlar verək, sağlam kinolara təbliğat olsun. İnsanların göbəkdən aşağı yox, beyindən yuxarı düşündürək. Tamaşaçılara çağırış edirik: kinolarımıza gəlin, mədəniyyətimizi, filmlərimizi inkişaf etdirək ki, biz də dünyaya çıxaq" deyə, film heyəti qırmızı xalıda jurnalistlərə açıqlamasında söyləyib.

Daha sonra filmin komandası səhnəyə çıxaraq tamaşaçıları salamlayıb. O.Rəsulova filmin çəkilişi bitməmiş orada iştirak edən gənc rəqqaslardan birinin ölümündən bəhs edib və kövrəlib:

"Filmin çəkilişlərində altı rəqqas gəlmişdi: üç qız və üç oğlan. Bu barədə danışmaq mənim üçün çox çətindir. Həmin o rəqqaslardan biri Hacıyev Cavidi itirdik. Onun qardaşı və anası burada əyləşib. Allah ona rəhmət etsin. Bu filmi onun xatirəsinə həsr edirik".

Qeyd edək ki, filmdə Xalq artisti Kazım Abdullayev, aktyorlar Şəhriyar Əbilov, Azər Aydəmir, aparıcı Zümrüd Bədəlova və başqaları çəkilib. Ekran işinin quruluşçu rejissoru Vüsal Hacıqədirdir.


Etiketlər:  Oksana filmini ölən rəqqasa həsr etdiyini deyib kövrəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ