Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 12:28
21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Taşkın İlter Türkiyədə klubunu dəyişib.
Qol.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2-ci liqa təmsilçisi “Eyüpspor”a keçib. Klubun rəsmi saytı onunla 1.5 illik müqavilə imzalandığını açıqlayıb.
Futbolçu bunadək 2-ci liqanın digər təmsilçisi “Sakaryaspor”da çıxış edirdi.
Qeyd edək ki, T.İlter 2013-2016-cı illərdə U-21 millimizdə oynayıb. O, əsas millimizdə də bir oyun keçirib.