Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Poqba "Yuventus"a qayıdır?

Poqba

Tarix: 14 Fevral 2020 15:36

“Mançester Yunayted”in futbolçusu Pol Poqba yenidən “Yuventus”da çıxış edə bilər.

Qol.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” qəzeti məumat yayıb.

Turin klubunun fransalı yarımmüdafiəçinin yayda transferi üçün indidən işə başladığı bildirilir. “Real” və PSJ-nin də maraq dairəsində olan futbolçunun İtaliyada oynamaq istədiyi iddia edilir.

Britaniyanın “The Guardian” nəşri isə “mankunyanlar”ın Poqbanı 100 milyon avro qarşılığında satmağa hazır olduğunu yazıb.

Qeyd edək ki, Fransa millisinin üzvü 2012-2016-cı illərdə də “Yuventus”da çıxış edib.
 


Etiketlər:  Poqba Yuventusa qayıdır


RƏYLƏR