Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TAP konsorsiumu qaz kəmərinin tikintisi barədə

TAP konsorsiumu qaz kəmərinin tikintisi barədə

Tarix: 14 Fevral 2020 16:20

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 92 faizi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir:

"Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. 2020-ci il yanvarın sonuna olan vəziyyətə görə, layihənin 91 faizi başa çatıb".

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Milli.Az


Etiketlər:  TAP konsorsiumu qaz kəmərinin tikintisi barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ