Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mühəndislər tamamilə özü öyrənən neyron şəbəkəsinə malik ilk robot təqdim ediblər

Mühəndislər  tamamilə özü öyrənən neyron şəbəkəsinə  malik ilk robot təqdim ediblər

Tarix: 22 May 2019 10:04

Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin alimləri neyron şəbəkəsi sayəsində tamamilə özü öyrənən robot hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, özü öyrənən robotun əsasını ultrasəs texnologiyası əsasında işləyən məsafə datçikləri və toxunuş datçiklərindən ibarət həssas bamperlər təşkil edir. Sözügedən datçiklər robota sağ və sol tərəflərdən olan maneələri hiss etməyə imkan verir, sensor neyronların aktivliyi isə bu datçiklərin aktivliyindən birbaşa asılıdır.

 

Təlim prosesi insanın öyrənməsinə oxşayır – irəlidə maneə olması barədə datçiklərdən informasiya alan robot onu keçmək üsullarını axtarıb tapmağa çalışır. İlk uğurlu cəhddən sonra robot bu alqoritmi düzgün kimi qeydə alır və ondan növbəti toqquşmaların qarşısının alınması üçün istifadə edir.

 

Emil Hüseynov




Etiketlər:  Mühəndislər tamamilə özü öyrənən neyron şəbəkəsinə malik robot təqdim ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ