Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 22:58
İngiltərədə qıvırcıq saçlı məktəbli qız oxuduğu məktəbi və müəllimlərini məhkəməyə verib.
Sonxeber.net xəbər verir ki, Londonda Rubi adlı qıvırcıq saçlı qız 14 yaşı olarkən, sinif yoldaşları saçlarına görə lövhəni görmədikləri üçün o, müəllimləri tərəfindən dəfələrlə evə göndərilib. Müəllimlərinin bu davranışına görə məyus olan qız saçlarını hörməyi, yığmağı sınayıb. Lakin saçlarına etdiyi bu üsullar ona zərər verdiyi üçün onları açıq qoymaq məcburiyyətində qalırdı. Dərs zamanı müəlliməsinin onun saçlarını kəsmək istəməsi və saç bandı taxmaq istəməsinə dözə bilməyib, məktəbə gəlməkdən imtina edib. Beləliklə, o, bu müddət ərzində imtahana hazırlaşa bilməyərək dərslərindən geri qalıb. Rubi ailəsinin və məktəbin şagirlərə dəstək dərnəyinin sayəsində 8 min 500 sterlin təzminat alıb. Belə ki, məktəbli qız bu addımı özü kimi qıvırcıq saçlı və fərqli şagirdlərə dəstək vermək üçün etdiyini bildirib. (ölkə.az)