Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldoya “qızıl” viza verildi

Ronaldoya “qızıl” viza verildi

Tarix: 15 Fevral 2020 08:32

Turinin "Yuventus" və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoya BƏƏ-nin "qızıl" vizası verilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu qərarı Dubayın İdman Şurası qəbul edib. Qeyd edilir ki, BƏƏ-yə tanınmış idmançıların cəlb edilməsi proqramı çərçivəsində futbolçuya orada daimi yaşayış hüququ verilib.

Jurnalistlər ehtimal edir ki, Ronaldoya BƏƏ hökumətinin təklifi maraqlı olacaq, çünki o, vergi ödəməyəcək. Belə ki, BƏƏ vətəndaşları və dövlət rezidentləri bir sıra vergilərindən azaddır.


Etiketlər:  Ronaldoya qızıl viza verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ