Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 15:36
Ciddi pozuntulara yol verən məntəqə seçki komissiyaları buraxılacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov məntəqələrdə baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edib:
"Məntəqələrdə baş verən pozuntuların ictimailəşdirilməsində xidməti olanlar bizim köməkçilərimizdir. Mən bu işdə əməyi keçənlərə "çox sağ ol" deyirəm. Eyni zamanda, bu pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq. Məntəqələrdə səsverməyə müdaxilə etmək yolverilməzdir. Səsverməni bir saniyə belə dayandırmğa hətta bizim də hüququmuz yoxdur. Eyni zamanda, müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar".
MSK sədri vətəndaşlara növbəti dəfə müraciət edib: "Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin".