Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona”nın səhifəsinə hücum etdilər – Aləmi bir-birinə vurdular

“Barselona”nın səhifəsinə hücum etdilər – Aləmi bir-birinə vurdular

Tarix: 16 Fevral 2020 10:20

Fevralın 15-də hakerlər “Barselona”nın rəsmi Tvitter səhifəsinə hücum ediblər.

Qol.az xəbər verir ki, “OurMine” adlı qrup sosial şəbəkədəki hesabı yararaq ora daxil olub və hətta bir neçə səhifədə paylaşım da edib. Onlardan biri belə olub: “Salam. Biz “OurMine” qrupuyuq. Biz bir neçə şəxsi mesajı oxuduq. Görünür, Neymar qayıdır”.
 
Bundan başqa, “Barselona”nın rəsmi ərəb səhifəsində klubun prezidenti Jozep Bartomeunu istefaya çağıran həştəq paylaşılıb.

Daha sonra “Barselona” özü rəsmi açıqlama yayaraq səhifəyə hücum olduğunu, kənar mesajlar paylaşıldığını və onların silindiyini yazıb. Baş verən bu hadisəyə görə klub üzr istəyib.

Qeyd edək ki, 2017-ci ildə də adıçəkilən haker qrupu “Barselona”ın rəsmi Tvitter səhifəsinə hücum edib.





 


Etiketlər:  Barselonanın səhifəsinə hücum etdilər Aləmi bir birinə vurdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ