Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 08:26
Çinin mərkəzində yerləşən Hubei əyalətində COVID-19 koronavirusundan ölənlərin sayı 1696 nəfərə çatdı.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin xəbərində bildirilir.
Hubei əyalətində bütün dövr ərzində yeni növ koronavirusa yoluxanların sayı 58,1 min nəfər, xəstəlikdən sağalanların sayı isə 6639 nəfər təşkil edib.
Ötən gün 1596 nəfərin öldüyü, 56,2 min nəfərin virusa yoluxduğu bildirilirdi. Yenilənmiş məlumatlara görə, Hubey üzrə koronavirusdan rəsmi ölüm nisbəti 2,91 faizdir.