Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə Harrinin keçmiş sevgilisi intihar etdi

Şahzadə Harrinin keçmiş sevgilisi intihar etdi

Tarix: 17 Fevral 2020 13:44

Məşhur İngilis televiziya aparıcısı Kerolayn Flek intihar edib.

Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, 40 yaşlı qadının meyiti Londondakı mənzildən aşkar edilib. Bu barədə məlumatı "The Sun" yayıb.

Fleyk 27 yaşlı sevgilisi Lyuis Bartona təcavüz ittihamı ilə gələn ay mühakimə olunmalı idi. Aparıcı günahsız olduğunu iddia etdiyinə baxmayaraq keçən ilin dekabrında sevgilisinə xəsarət yetirdiyi ilə bağlı məlumat yayıldıqdan sonra çalışdığı İTV kanalından qovulub.

Qeyd edək ki, 2009-cu ildə Kerolayn Flek Şahzadə Harri ilə sevgi münasibətində olub. Ancaq şahzadə və TV ulduzunun münasibətləri haqqında məlumatlar mediada yayıldıqdan sonra onlar ayrılmaq məcburiyyətində qalıblar.


Etiketlər:  Şahzadə Harrinin keçmiş sevgilisi intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ