Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 11:15
56 yaşlı kişi "Hər şey daxil"ə zəng edərək Mənzurə Musayevaya elçi düşüb.
Sonxeber.net xəbər verir ki, efirə zəng edən Zülfüqar adlı şəxs müğənni ilə ailə qurmaq istədiyini deyib.
Zülfüqar iki qızının, hər ikisinin də ərdə olduğunu və 6 nəvə sahibi olduğunu bildirib. Həmin şəxsin "Bir az xəstəyəm, kiçik qızım baxır mənə. Məni sol tərəfdən insult vurub. Mənim də xəyallarım var. Yoldaşım il yarımdır rəhmətə gedib" sözlərini eşidən Mənzurə dərhal "Yox" deyib. Müğənni Zülfüqar bəyə ailə qurmaq üçün bir daha onu narahat etməməyini bildirib.
Mənzurə sonra bəxtindən gileylənib:
"Müəllim, zəhmət olmasa yığmayın bir də. Efirə də gəlməsin. Mənim bəxtim yoxdur da".
Xatırladaq ki, Mənzurə bir dəfə ailəli olub. Övladları olmadığı üçün boşanıblar.
Məhəmməd Vaqif