Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 07:36
ABŞ-ın Oreqon ştatında yaşayan 63 yaşlı Debra Makkenanın 47 il əvvəl itirdiyi üzük Finlandiyada meşəlik ərazidə tapılıb.
Sonxeber.net xəbər verir ki, Debra adlı xanıma üzüyü 1973-cü ildə sevgilisi verib. Lakin xanım üzüyü itirib. Üzük Finlandiyanın cənub-qərbindəki Kaarina qəsəbəsində meşəlik ərazidə təsadüfən metal detektor vasitəsiylə tapılıb.
Üzüyün üzərindəki hərflər vasitəsiylə onun ABŞ-da yaşayan şəxsə aid olduğu müəyyən edilib. Axtarışlardan sonra həmin şəxsin Debra adlı xanım olduğu üzə çıxıb. (publika.az)