Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 13:18
“Real”ın yeni transferi Reynierin mətbuat konfransı zamanı həssas anlar yaşanıb.
Qol.az xəbər verir ki, “Flamenqo”dan 30 milyon avroya transfer edilən Braziliya futbolunun 18 yaşlı parlayan ulduzu tədbirdə göz yaşlarını saxlaya bilməyib.
“Mən ailəm barədə danışanda hisslərimə hakim ola bilmirəm. Bu gün burada olduğum üçün onlara minnətdaram. Braziliyada mənə əllərindən gələn ən yaxşı şeyləri etdilər. Rio-de-Janeyrodan çıxıb xəyallarımın ardınca getməyim üçün məni ruhlandırdılar, cəsarət verdilər” – deyə o bildirib.
Qeyd edək ki, Reynier bu mövsümü “Real” ikinci komandası olan “Kastilya”da keçirəcək.