Tarix: 22 May 2019 19:04
Qazaxıstan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.Qol.az xəbər verir ki, milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" klubu evdə "Kaysar"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Emil 90 dəqiqə əvəzolunmadan oynayıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda isə "Ordabaşı" evdə "Atırau" ilə 1:1 hesablı heç-heçə edib.