Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 16:32
"Mançester Yunayted"in futbolçusu Markus Reşford uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer klubun rəsmi saytına açıqlamasında deyib:
"Ümid edirəm ki, Reşford bu mövsüm oynaya bilər. Bu, olsa da ancaq son oyunlarda olacaq. Sağalması üçün bir neçə ay vaxt lazımdır. Zədəsi gözlədiyimizdən daha ciddidir. Oynaya bilməzsə, AÇ-2020-də də iştirak etməyəcək".