Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ronaldo sərhəddə dayandırılmalıdır'' - ''Lion''un baş məşqçisi

''Ronaldo sərhəddə dayandırılmalıdır'' - ''Lion''un baş məşqçisi

Tarix: 20 Fevral 2020 21:28

"Bu, bizim üçün əla fürsətdir. Əgər mərhələni keçsək, böyük uğur qazanmış olacağıq. Xüsusilə də nəzərə alsaq ki, Depay bizə kömək edə bilmir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Lion"un baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la keçiriləcək oyun haqqında danışarkən deyib.

Fransalı mütəxəssis rəqibin lideri Kriştiano Ronaldonun qarşısının alınması üçün maraqlı çıxış yolu göstərib: "Ronaldo ilə necə davranmalıyıq? "Lion"u sevmirsə, onu sərhəddə dayandırmaq lazımdır. Ciddi söyləyim ki, biz ümumilikdə rəqibə qarşı müdafiə olunmalıyıq. Əgər təkcə Ronaldonu saxlamağa çalışsaq, Dibala və İquain üçün yaxşı fürsət vermiş olarıq".

Qeyd edək ki. "Lion"  - "Yuventus" matçı fevralın 26-da keçiriləcək.

Milli.Az


Etiketlər:  Ronaldo sərhəddə dayandırılmalıdır Lionun baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ