Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 18:08
Bakı. Cani Babayeva - Trend:
Azarkeşlərin dəstəyi bizə çox kömək edir.
Bunu Trend-ə Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində iştirak edən Azərbaycan gimnastı Nərmin Bayramova deyib.
İdmançı bildirib: "Azarkeşlərə bizi belə fəal dəstəklədiklərinə və çıxışlara köklənməyə yardım etdiklərinə görə xüsusi minnnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, bu qədər tamaşaçı yarışlara bizi izləməyə gəlir".
Azərbaycan gimnastı hesab edir ki, yarışlarda daha yaxşı nəticə göstərə bilərdi:
"Daha yaxşı çıxış edə bilərdim. Gələcək yarışlarda daha yaxşı nəticə göstərmək üçün çox məşq edəcəyəm".
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.
Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.
Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin