Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 17:12
İsmayıllıda həyat yoldaşının dostu ilə qaçan qadın haqqında yeni faktlar məlum olub.
Sonxeber.net xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 50 yaşlı Məlahət Hacıyevanı 52 yaşlı Raqub Əhmədovun qohumları qəbul etməyib.
Məsələnin nə dərəcədə həqiqətləri əks etdirdiyini öyrənmək üçün rayonun Talıstan Kənd İcra nümayəndəliyi ilə əlaqə saxladıq.
İcra nümayəndəliyindən bildirilib ki, M.Hacıyeva R.Əhmədova ilə qaçıb.
"Raqub Əhmədovun qohumları Məlahət Hacıyevanı qəbul etmədiyi üçün onlar ayrılmağa məcbur olublar. Məlahət xanım hazırda İsmayıllıda yaşayan bacısıgildə qalır".
R.Hacıyev faktı inkar edib.
"Məni şərləyiblər. Bununla bağlı polisə müraciət edəcəm", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb. yaşlı qadının əri və qaçdığı kişi əsgərlik yoldaşı olublar.