Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 20:12
Millimizin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident kuboku"nun 1/4 final mərhələsi oyununa çıxıb.
Qol.az xəbər verir ki, komanda "Şabab Əl-Əhli" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 45+2-ci dəqiqədə məhz Almeyda penaltidən vurub. Bu, onun yeni klubunda ilk qolu olub
Bu qələbə ilə "Baniyas" yarımfinala yüksəlib.
Qeyd edək ki, R.Almeyda qış transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin klubuna transfer olunub.