Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 17:30
17:28
Kürdəmirdə ana və oğlunun meyiti tapılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən Sonxeber.net-a verilən məlumata görə, fevralın 22-də, saat 08 radələrində Kürdəmir rayonu, Şüşün kənd sakini Leyla Qənbərovanın meyitinin yaşadığı evin həyətində yerləşən su quyusunda, azyaşlı oğlu Hilalın meyitinin isə evin yataq otağında ailə üzvləri tərəfindən aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmişdir.
Mərhum Leyla Qənbərovanın meyitinin müayinəsi zamanı onun sol biləyində iti alətlə kəsilmiş yaradan başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanmış, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Yaşadıqları evə baxış zamanı orada olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması müəyyən edilmişdir.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
14:37
Kürdəmirdə ana və oğlunun meyiti tapılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə rayonun Şüşün kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qənbərovanın meyiti həyətdəki su quyusundan, onun övladı Hilal Orxan oğlu Qənbərovun meyiti isə evdə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.