Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 09:46
Serbiyanın Rusiyadan aldığı "Pantsir-S1" hava hücumundan müdafiə kompleksi bu ölkəyə gətirilib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə məlumatı Serbiya Müdafiə naziri Aleksandr Vulin deyib. O bildirib ki, tədarük edilən müdafiə komplekslərinin ilk partiyası Serbiyadakı Bataynitsa hərbi hava limanına çatdırılıb.
Nazir rus istehsalı "Pantsir-S1" sistemlərinin bölgədə olan bu tip silahlar arasında yeganə olduğunu qeyd edərək, onun Serbiyanın təhlükəsizliyini artıracağını bildirib.