Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dəli kimi topun dalınca qaçmalı olurduq" - Jelko Sopiç

Tarix: 23 Fevral 2020 18:46

"Sabah"ın baş məşqçisi  Jelko Sopiç Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”lə oyundan (0:0) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik.

- Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridir, ancaq sizdə ehtiyatda qalırlar. Bunun səbəbi nədir?

- Komandamda ən hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir.

- Marko Deviç və Ulis Diallo niyə oynamır?

- Marko zədəlidir. Ona görə oynaya bilmir. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisə gəlincə, ondan daha yaxşı oyunçularımız var.

- Ramil Şeydayevin hazırkı durumu necədir?

- Çox yaxşı məşq edir. Amma biz başa düşməliyik ki, onun üçün hər şey o qədər də asan deyil. O, yalnız fərdi məşq edir. Mən inanıram ki, bizimlə bir müddət olduqdan sonra zədəsiz şəkildə oynaya biləcək.

- Qırmızı vərəqə olmasa, nəticə lehinizə olacaqdımı?

- Bunu dəqiqliklə deyə bilmərik. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik.

- Son 3 oyunda 7 xal qazanmısız. Bunu davam etdirmək çətin olmaz?

- Növbəti tur Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Bu tendensiyanı davam etdirməyə və xal qazanmağa çalışacağıq.

- Qırmızı vərəqə olmasaydı, Ramilə daha çox şans verməyi düşünmürdünüz, yoxsa bu qədər kifayətdir?

- Bəlkə də, ona yarım saat şans verə bilərdik. Ramillə bağlı risk etmək istəmirik. İstəmirik ki, hazırlıqsız oynayıb zədə alsın. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O, məşqlərdə çox çalışır.

- Bu gün komandanı pis vəziyyətdə qoyan Yevgeni Koçuku cəzalandıracaqsınız?

- Onunla bağlı fikirlərimi özünə bildirdim. İctimaiyyətə açıqlamaq istəmirəm. Lazımsız qırmızı vərəqə idi.

 


Etiketlər:  Dəli kimi topun dalınca qaçmalı olurduq Jelko Sopiç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ