Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 13:24
2019-cu ildə Azərbaycanda qızıl hasilatı 2018-ci illə müqayisədə 21,3 faiz, gümüş hasilatı 33,2 faiz artıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, 2019-cu ildə 50 min unsiya qızıl istehsalı nəzərdə tutulsa da, ilin yekunlarına əsasən 55,2 min ton, yəni 10,4 faiz çox istehsal edilib.
Eyni zamanda gümüş istehsalı da proqnozu 17,9 faiz üstələyib. Ötən il planlaşdırılan gümüş istehsalı 87,4 min nəzərdə tutulsa da, yekunda bu göstərici 103 min unsiya təşkil edib.
Z.İbrahimov əlavə edib ki, 2019-cu ilin göstəriciləri Çovdar dağ-mədən kompleksinin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricilər olub.