Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspan futbolçu "Qarabağ"a niyə gəlmədi?

İspan futbolçu

Tarix: 24 Fevral 2020 15:08

"Qarabağ"ın qış transferi pəncərəsi zamanı heyətinə cəlb etmək istədiyi Coni Montielin Azərbaycana gəlməməsinin səbəbi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Rayo Valyekano"nun hücuma meylli gənc yarımmüdafiəçi ilə danışıqlar aparıb. Lakin o, "Qarabağ"ın təklifini qəbul etməyib.

İspaniyanın "Grana3" portalı buna səbəb kimi 21 yaşlı futbolçunun Azərbaycan çempionatında oynamaq istəməməsini göstərib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının səviyyəsinin aşağı olması səbəbindən indiyədək bir neçə əcnəbi oyunçu bizim klubların təkliflərini rədd edib.

Milli.Az


Etiketlər:  İspan futbolçu Qarabağa niyə gəlmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ