Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 15:57
Prezident İlham Əliyev Sabir İlyasovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir.