Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əşyasını itirənlərin diqqətinə! İxtisaslaşmış büroya müraciət edə bilərsiniz - VİDEO - FOTO

Əşyasını itirənlərin diqqətinə! İxtisaslaşmış büroya müraciət edə bilərsiniz - VİDEO - FOTO

Tarix: 24 Fevral 2020 17:44

Yəqin ki, "Əhməd haradadır" filmindəki bu epizod əksəriyyətinin xatirindədir. Çantaları dəyişik düşən filmin qəhrəmanları tapıntılar bürosuna üz tutur. Bu büro indi də fəaliyyət göstərir. Amma daha müassir formada...

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

İtkinin ucuzu bahası olmur. Amma tapıldıqda sevincləri eynidir. Amma əksəriyyət itirdiyini harda və necə tapacağından xəbərsizdir.

Bunlar tapıntılar bürosunda olan vətəndaşlara məxsus rəsmi sənədlərdir ki, hələ də sahiblərini gözləyir. İçərisində müxtəlif növ əşya, telefon, doğum haqqında, ölüm haqqında şəhadətnamə, hərbi bilet, sürücülük vəsiqəsi, eyni zamanda şəxsiyyət vəsiqələri var ki, hamısı Baki şəhər Baş Polis İdarəsinin nəznindəki Tapintilar Bürosundadır və hər gün bura yüzlərlə sənəd daxil olur.

Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Təkcə ötən il, tapıntılar bürosuna 3600 vətəndaş müraciət edib. Bizim tərəfdən hər bir müraciət müvafiq qaydada cavablandırılıb. Təkcə 400 müraciətin itirdiyi əşya sənəd tapılaraq sahibinə qaytarılıb".

2006-cı ildən daha çevik və operativ formada fəaliyyət göstərməsinə baxmayaraq, bu büronu tanıyan elə də çox deyil. Büroya daxil olan mürəciətlərə 10 gün müddətinədək, xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş günü ərzində baxılır.

Sakin: "Hərbi komissarlıqdan, dedilər ki, get ora, Tapıntılar Bürosuna müraicət elə, tapılması üçün lazımi tədbirlər görüləcək".

Elşad Hacıyev - BŞBPİ-nin mətbuat ximdətinin rəisi: "Hər hansı bir yerdə unudulan sənədi ayrı-ayrı orqanlara yox, məhz ixtisaslaşmış tapıntılar bürosuna və yaxud, müvafiq polis orqanına təqdim etməklə bizə göndərsinlər və ya bizə gətirib versinlər, bu formada biz onlara kömək olaq".

Tapıntılar bürosu iş günləri saat 10.00-dan 19.00-dək, şənbə günləri isə saat 10.00-dan 18.00-dək fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  Əşyasını itirənlərin diqqətinə İxtisaslaşmış büroya müraciət edə bilərsiniz VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ