Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 19:46
Bir vaxtlar "Fənərbağça" klubunun əsas müdafiəçilərindən biri olmuş Diyeqo Luqano zahiri görünüşünü dəyişərək, azarkeşlər əyləşən tribunadan keçmiş klubunun oyununu izləyib.
Sonxeber.net oxu.az-a istinadən məlumat verir ki, futbolçu oyundan sonra sosial şəbəkələrdə azarkeşlər arasında çəkdirdiyi fotoları paylaşaraq, "Derbini azarkeş kimi izləmək möhtəşəm duyğudur" şərhini yazıb.
Qeyd edək ki, "Fənərbağça" və Uruqvay millisinin keçmiş müdafiəçisi futbolçu karyerasını bitirəndən sonra Braziliyanın "San Paulu" klubunda menecer kimi çalışır.