Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 13:32
"Milan"ın futbolçusu İsmael Bennaser komanda yoldaşı Zlatan İbrahimoviç haqda danışıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, isveçli hücumçunun bəzən çılğın hərəkətlər etdiyini söyləyib:
"İlk dəfə çempionla birgə oynadım. Bəzən pis davranır. Məsələn, onu ötürmə etdiyim zamanı topu itirərsə, bu, mənim səhvim olur. Ötürməni daha sürətli etməli olduğumu söyləyir. Zlatan 38 yaşındadır, ona hörmət edirəm. Çılğın xarakterə sahibdir, möhtəşəm insandır. Çox az fransız dilində danışır, amma biz onu hər cür vəziyyətdə dinləyirik. "Torino" ilə matçda 1:0 hesabı ilə öndə olmağımıza baxmayaraq, əsəbiləşib çığırırdı. Xarakteri bu yaşına kimi onun ən yüksək səviyyədə oynamasını təmin edir".