Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qobustanda Hindistan Mədəni İrsinin İnciləri"adlı tədbir keçiriləcək

Tarix: 25 Fevral 2020 19:12

29 fevral saat 11.00-da Qobustan Milli Tarix- Bədii Qoruğunda "Qobustanda Hindistan Mədəni İrsinin İnciləri"adlı tədbir keçiriləcək.

Milli.Az xəbər verir ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun və Hindistanın Azərbaycandakı səfirliyinin  birgə təşkilatçılığı ilə təşkil olunan tədbir çərçivəsində Hindistanın tarixi abidələrini əks etdirən fotosərgi  nümayiş olunacaq.Tədbir iştirakçıları Hindistanın mədəni irs nümunələrinin canlı şahidi olmaqla yanaşı zəngin təqdimat proqramı ilə də tanış ola biləcəklər.Tədbirin keçirilməsində məqsəd Hindistan mədəni irsini Azərbaycanda tanıtmaq və  iki ölkənin mədəniyyət sahəsində əlaqələrini inkişaf etdirməkdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az


Etiketlər:  Qobustanda Hindistan Mədəni İrsinin İnciləriadlı tədbir keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ