Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi

Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi

Tarix: 25 Fevral 2020 22:21

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb.

Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Seçkilərdə dairələr üzrə lider namizədlərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz.

Milli.Az


Etiketlər:  Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ