Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda İƏT-in Gənclər və İdman Nazirlərinin daimi Şurasının iclası keçirilib

Bakıda İƏT-in Gənclər və İdman Nazirlərinin daimi Şurasının iclası keçirilib

Tarix: 27 Fevral 2020 13:57

Fevralın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin daimi Şurasının (PMC) iclası baş tutub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun ilk iclasının 15 il əvvəl Azərbaycanda keçirildiyini bildirib.

Nazir qeyd edib ki, bir neçə gün sonra Səudiyyə Ərəbistanı Krallığında İslam dünyası könüllülərinin gənclər forumu keçiriləcək: "Həmin tədbirin əsas məqsədi müsəlman dünyasının maraqlarının harmoniya və beynəlxalq sülh çərçivəsində müdafiəsi və qorunmasıdır. Əfsuslar olsun ki, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin könüllülər hərəkatı ilə bağlı dünyada kifayət qədər məlumat yoxdur. Əslində isə müsəlman aləmində olan təmannasız yaxşılıq etmək kimi ənənələr kölgədə qalmış könüllülük sayıla bilər. İlk Avropa Oyunları və Dördüncü İslam Həmrəyliyi Oyunlarına ümumilikdə 25 mindən çox könüllü qatılmışdı. 2016-cı ildən bu günə qədər hər il keçirilən Formula 1 yarışına isə 3500-dən çox könüllü qatılır".

A.Rəhimov iclasının əsas məqsədinin hesabatların dinlənilməsinin və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair perspektivlərin müzakirəsi olduğunu bildirib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin daimi Şurasının (PMC) iclası çıxışlarla davam edib.

Qeyd edək ki, Daimi Şurada Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı Krallığı, Fələstin, İraq, İran və Seneqalın gənclər və idman nazirləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərləri təmsil olunur.


Etiketlər:  Bakıda İƏT Gənclər İdman Nazirlərinin daimi Şurasının iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ