“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Real”a qalib gəlməklə (2:1) yeni rekord qırıb.
Qol.az xəbər verir ki, bu, 49 yaşlı mütəxəssisin pley-offlardakı 28-ci qələbəsi olub.
İspaniyalı çalışdırıcı bu nəticə ilə Çempionlar Liqasının pley-off mərhələlərində ən çox qələbə qazanan məşqçi adına yiyələnib. O, Joze Mourinyo, Karlo Ançelotti və Aleks Fergüsssonu qabaqlayıb. Hər üç mütəxəssisin aktivində 27 qələbə var.